Bank VTB (Azərbaycan) zərərdən mənfəətə keçib
Bank VTB (Azərbaycan) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən 2019-cu ilin maliyyə nəticələrini elan edib. Ernst&Young müstəqil beynəlxalq şirkət tərəfindən təsdiqlənmiş audit rəyinə əsasən, 2019-cu ildə bank bütün əsas göstəricilər üzrə artım nümayiş etdirərək, 7 milyon 248 min manatadək xalis mənfəət əldə edib. Halbuki, Bank 2018-ci ili 2 milyon 481 min manat zərər ilə bağalmışdı.
VTB (Azərbaycan) ASC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir, xalis faiz gəliri 46% artıb və 9 milyon 644 min manat təşkil edib. Qeyri-faiz gəliri 15 milyon 189 min manat olub.
2019-cu ildə xalis komissiya gəliri 80% artım nümayiş etdirərək 1,5 milyon manat təşkil edib. Komissiya gəlirlərinin əhəmiyyətli artımına hesablaşma-kassa xidmətləri, plastik kartlar üzrə aparılan əməliyyatlar, eləcə də sənədli əməliyyatlar hesabına nail olunub.
Hesabat dövrü ərzində bankın aktivləri 15% artaraq 183 milyon manatı keçib. Depozit portfelinin həcmi təxminən 4% artıb və 70,7 milyon manata çatıb. Depozit portfelində fiziki və hüquqi şəxslərin vəsaitlər təxminən bərabər bölünüb. Hüquqi şəxslərin depozitləri 12% artıb.
2019-cu ilin sonuna sağlam kredit portfeli 20% artıb və 90,6 milyon manat təşkil edib.
“İl ərzində bank biznesin bütün istiqamətləri üzrə yüksək artım tempi göstərib. Dinamik inkişafa yeni rəqəmsal xidmətlərin tətbiqi də səbəb olub. Cari ildə pərakəndə və korporativ biznesin prioritet istiqamətlərində mövqeləri gücləndirərək, biz texnoloji transformasiyaya fokuslanmağa davam edirik. Rəqəmsal kanallara olan tələbat artır və biz qabaqlayıcı templərlə zamanın tələblərinə cavab verməyə çalışırıq”, -deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























