SOCAR: Faiz ödənişləri ciddi intizamla həyata keçirilir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxılmış SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişini həyata keçirib.
«SOCAR Capital» şirkətinin məlumatına görə, aprelin 14-də SOCAR İstiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb. Aprelin 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına oturacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin həyata keçirilməsi şirkətdəki maliyyə sabitliyinin və öhdəliklərinə ciddi surətdə əməl etməsinin bariz göstəricisidir: «Fəaliyyətində beynəlxalq maliyyə standartlarına əsaslanan və kapital bazarlarının aktiv iştirakçısı olan SOCAR, öz vəsaitlərini etibar edərək, istiqrazlara yatırmış investorlar qarşısında etimadını qorumağa böyük önəm verir. Buna görə də, istiqrazlar üzrə öhdəliklər və faiz ödənişləri şirkətin digər cari xərcləri kimi ciddi intizamla həyata keçirilir».
Vitse-prezidentin sözlərinə görə, SOCAR İstiqrazlarının buraxılması mühüm layihələrə vəsaitlərin cəlb olunması ilə yanaşı, ölkə vətəndaşlarına istifadəsiz saxladıqları pullarını iqtisadiyyata investisiya edərək, gəlir qazanmasına imkan yaradıb: «Hazırda SOCAR İstiqrazları ölkənin qiymətli kağızlar bazarında ən aktiv surətdə alınıb-satılan maliyyə alətidir. Bu, qiymətli kağızlar bazarının inkişafı ilə yanaşı, Azərbaycan vətəndaşları arasında investor vərdişlərinin (mədəniyyətinin) formalaşdırılmasına da böyük töhfədir».
Təkrar bazarda SOCAR İstiqrazlarına böyük tələbat və ticarət aktivliyi müşahidə olunur. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 milyon dolları keçib. Təkcə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 milyon dollardan çoxdur. Xüsusən fiziki şəxslər istiqrazlara böyük maraq göstərirlər.
Təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxstan və digər ölkələrin vətəndaşları var.
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.
SOCAR İstiqrazları haqqında:
SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 milyon dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR İstiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.
Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər yanvar ayının 17-də ödənilib.
2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.
SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *19 99 qaynar xəttinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
15 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 16 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















