Avro və funtda ucuzlaşma sürətlənə bilər
Amerikada inflyasiya Almaniya və Avrozona üzrə göstəriciləri üstələyərsə, bu, avro və funtda ucuzlaşmanın sürətlənməsinə səbəb ola bilər.Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələrində müşahidə edilən zəif dalğalanma, çərşənbə günü ABŞ-dan dərc ediləcək inflyasiyaya dair önəmli fundamental göstəricilər öncəsi investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır. Amerikada inflyasiya Almaniya və Avrozona üzrə göstəriciləri üstələyərsə, bu, avro və funtda ucuzlaşmanın sürətlənməsinə səbəb ola bilər. Hazırda ABŞ-da istehlak qiymətlərinin illik artım səviyyəsi 0.3, Avrozona və Almaniyada isə müvafiq olaraq 0.1 və 0.6%-dır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00 və 10:45-də müvafiq olaraq Almaniya və Fransadan yayımlanacaq xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də böyük maraqla gözlənilir.
Qızılda ucuzlaşma davam edə bilər
Əlvan metallar bazarlarında da qızıla olan tələbin azalacağı ehtimaları, bir unsiya üzrə qiymət 1707$-ın altında qaldıqca, üstünlük təşkil edir. Təhlillərə əsasən, qiymət 1707$-ın altında qaldıqca, 1646$-a kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
9 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







