Tibb işçiləri üçün güzəştlər!
(®️) Tibb işçilərimizin fədakar əməyinə hər zaman yüksək dəyər verən Azərbaycan Beynəlxalq Bankı 17 İyun Tibb İşçilərinin Peşə Bayramı gününü özünəməxsus tərzdə təbrik edib.
Bank bu günə özəl olaraq tibb işçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının TamKart Mastercard Gold, TamKart Visa Classic və TamKart Mastercard Standard kartları tibb işçilərinə pulsuz təklif edilir. Üstəlik, əməkhaqqını Azərbaycan Beynəlxalq Bankı vasitəsilə alan tibb işçilərinə bu kampaniya çərçivəsində TamKart üzrə ən azı 1000 AZN-lik kredit limiti ayrılacaq. TamKartın üstünlükləri, müştərilərə yaratdığı imkanlar haqqında ətraflı məlumatları buradan əldə etmək olar.
Kampaniya dövründə tibb işçiləri nağd pul kreditini də Azərbaycan Beynəlxalq Bankından 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. 10 000 manata qədər kreditin rəsmiləşdirilməsinə görə onlardan zamin tələb olunmur. 17 iyundan 30 iyunadək davam edən bu kampaniyanın üstünlüklərindən Azərbaycanın hər bir tibb işçisi faydalana bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 10 saat sonra
-
9 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
10 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
10 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat



















