“Azərsun” ölkəyə 110 milyon dollar valyuta gətirib
“2016-cı ildə “Azərsun Holdinq”in müəssisələrində istehsal olunan 164 min ton məhsul ixrac edilib və ümumilikdə ölkəyə 110 milyon dollar valyuta gətirilib. 2017-ci ilin birinci rübündə isə ümumilikdə 32 min ton məhsulun müqabilində ölkəyə 27 milyon dollar valyuta cəlb edilib”.
“Marja” xəbər verir ki, bunu aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində “Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.
İcraçı direktor bildirib ki, “Azərsun Holdinq” 25 ildir Azərbaycanda fəaliyyət göstərir:
“Hazırda “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların adının altında “Azərsun Holdinq” imzasının olması bizi qürurlandırır. “Azərsun Holdinq” ikisi Amerika qitəsinə, 21-i Avropaya, 6-sı MDB-yə və 7-si Uzaq Şərqə və Asiyaya olmaqla, dünyada ümumilikdə 36 ölkəyə 320 adda məhsul ixrac etməkdədir.
2016-cı ildə “Azərsun Holdinq”in müəssisələrində istehsal olunan 164 min ton məhsul ixrac edilib və ümumilikdə ölkəyə 110 milyon dollar valyuta gətirilib. 2017-ci ilin birinci rübündə isə ümumilikdə 32 min ton məhsulun müqabilində ölkəyə 27 milyon dollar valyuta cəlb edilib”.
Savaş Uzan bildirib ki, “Azərsun Holdinq” böyük istehsal sahələri yaradaraq minlərlə yeni iş yeri açıb: “ Qeyd etmək istəyirəm ki, son zamanlar Sahibkarlığa Kömək Milli Fondunun, Dövlət İnvestisiya Şirkətinin ayırdığı kreditlərdən də istifadə edən şirkətimiz böyük istehsal sahələri yaradaraq minlərlə yeni iş yeri açıb. Məhz bu dəstəyin nəticəsində Aktauda İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət İnvestisiya Şirkəti ilə birlikdə açdığımız “Azərsun” Logistika Mərkəzi, Azərbaycanın bitki yağlarına tələbatını tam ödəmək gücünə malik Sumqayıt yağ zavodu, “Green Tech” müasir istixana kompleksi kimi onlarla müəssisə tikilərək istifadəyə verilib. Hazırda Padarda 5 min hektar ərazidə müasir kənd təsərrüfatı kompleksində işlər sürətlə davam etdirilir. Yeni müasir avadanlıqla təchiz olunan bu müəssisələr yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsal etməklə ölkəmizin ərzaq təminatına töhfələr verir”.
Savaş Uzan bildirib ki, “Made in Azerbaijan” brendinin təbliği və inkişaf etdirilməsi istiqamətində imzalanmlş fərman və göstərişlər öz müsbət təsirini göstərməkdədir.
“Hazırda Azərbaycan istehsalı olan və üzərində “Made in Azerbaijan” yazısını daşıyan “Azerçay” markamız, “Saville” və “Bizim tarla” nar şirəmiz xaricdə ölkəmizi layiqincə təmsil edir. Almaniyanın “Heinemann” şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, “Azerçay” markamız dünyanın 50-dən çox hava limanında “Duty Free” mağazalarında istehlakçılara təqdim olunur.
Cənab Prezident, “Azerçay”ın uğurları Ümummilli Liderimiz çay fabrikimizi ziyarət edərkən bizə ciddi sürətdə tapşırdığı “Bu markanı inkişaf etdirin, bu markanın gələcəyi var, bu markaya diqqətlə yanaşın” tövsiyəsi ilə əldə edilib. Həmin diqqətin, qayğının nəticəsidir ki, bu gün “Azerçay” dünyanın aparıcı idman yarışlarında, beynəlxalq tədbirlərində baş sponsor kimi iştirak edir, Azərbaycanın çay ənənələrini, mədəniyyətini, milli maraqlarını uğurla təmsil edir. Rusiyanın tanınmış telekanallarında bir çox populyar televiziya verilişlərində “Azerçay” bir nömrəli çay markası kimi ölkəmizin uğurlu brendi kimi təqdim olunur. Eyni zamanda, “Saville” nar şirəmiz Amerika və Avropanın bir çox ölkəsinə ixrac edilir və ona olan maraq gündən-günə artmaqdadır. Yağ zavodunda istehsal olunan məhsullarımız dünyanın ən böyük iki “fast-food” şirkətinin beynəlxalq yoxlamalarından yüksək nəticələrlə keçib və bu regiondakı mağaza şəbəkələrində təklif olunmağa başlanıb. Eyni zamanda, şəkər zavodunda istehsal olunan “Azərşəkər” markalı şəkərimiz dünyanın içki sektorunda aparıcı lider firmalarının Avropadakı laboratoriyalarında yoxlanılıb, təsdiqlənib və regiondakı bütün zavodlarda istifadə edilir. Bu uğurlar Sizin uzaqgörənliyiniz və dəstəyiniz nəticəsində mümkün olub”.
Şəkər istehsalına toxunan Savaş Uzan deyib: “Azərbaycanın əkinə yararsız on minlərlə hektar torpağı yenidən yararlı vəziyyətə gətirilib və ölkəmizin ərzaq təhlükəsizliyinə mühüm töhfə olub. Bütün bu islahatlarla ayaqlaşmaq üçün biz də şəkər çuğunduru əkinlərinin 20 min hektara çatdırılmasını qarşımıza hədəf qoymu-şuq. Hazırda 14 min hektar ərazidə şəkər çuğunduru əkinləri həyata keçirilib. Eyni zamanda, İmişlidəki şəkər zavodunun gündəlik şəkər çuğunduru emal potensialı 10 min tona çatdırılıb. Zavod Azərbaycanın tələbatını üç dəfə ödəyəcək gücə malikdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
21 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















