ARDNF-nin Müşahidə Şurası qərarlar qəbul edib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-nin 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, ARDNF-nin 2019-cu ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.
Bu barədə ARDNF-in yaydığı məlumatda bildirilir.
Eyni zamanda Müşahidə Şurası müstəqil auditorun və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəylərinə əsasən, habelə ARDNF-nin 2019-cu il büdcə gəlirlərinin 19 milyard 30,6 milyon manat və yaxud 123,2% səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 588,6 milyon manat və ya 99,9% səviyyəsində icra edildiyini nəzərə alaraq, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə ARDNF-nin Müşahidə Şurasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. ARDNF-nin Müşahidə Şurasına Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov sədrlik edir. Müşahidə Şurasının üzvlərinin sırasına - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
5 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
11 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
11 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
13 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
13 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Ən çox oxunanlar
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım

























