Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı mayda 18%-ə yaxın azalıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azalıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında qeyd edilib.
İcmalda göstərilir ki, bu ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon, İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6%, İsveçrəyə 26% və Çinə 40,3% artıb.
2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123,1 milyon ABŞ dolları) birinci, qızıl ((sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 5 ayı ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon, pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon, pambıq ipliyi ixracı 9,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı 5,9 milyon ABŞ dolları təşkil edib.
2020-ci ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 172,6 milyon ABŞ dolları təşkil edib ki, ötən dövrlə müqayisədə 17,8 faiz azalıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.
2020-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 49,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan bu ilin ilk 5 ayında 6,9 mlrd ABŞ dollarlıq ixrac həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)




.jpg)







