"Bu il barama istehsalı ilə bağlı ciddi problemlər yaşanmaqdadır"
Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsində baramaçılıq ilə bağlı dinləmə keçirilməsi gözlənilir.
Bu barədə açıqlamasında komitənin sədr müavini Əli Məsimli bildirib.
Deputat deyib ki, komitədə dinləmələrin iyulun 15-nə qədər keçirilməsi planlaşdırılır: "Son illər Azərbaycanda Şəki ipəyinin şöhrətini qaytarmaq istiqamətində çox ciddi işlərə başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə barama istehsalı 2015-ci ildə 236 kiloqramdan 2019-cu ildə 644 tona çatdırılıb. Bu il 700 ton, gələn il 800 ton, 2025-ci ildə isə 6 min ton yaş barama istehsalı proqnozlaşdırılıb. Lakin bu il barama istehsalı ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Düşünürük ki, bu məqsədlə xüsusi komissiya yaradılmalıdır. Bu komissiya tərəfindən yaranmış vəziyyətin səbəbləri obyektiv araşdırılıb, adekvat tədbirlər görülməlidir. Bu həftə Azərbaycanda baramaçılığın mövcud vəziyyəti və perspektivlərinə dair geniş yazı ilə çıxış edəcəyik, gələn həftə isə həmin məsələ ətrafında onlayn dinləmələr təşkil etmək fikrindəyik".
Deputat bildirib ki, təmsil etdiyi komitənin bank sistemi ilə bağlı da dinləmələr keçirməsi gözlənilir. Bu dinləmələrin konkret tarixi isə hələlik dəqiqləşdirilməyib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)






