Rabitəbank 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq
(®️) “Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədi ilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində ailələrə öz bizneslərini qurmaq üçün dəstək göstərməyə davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və “Rabitəbank”ın birgə icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq, istehsal və ya xidmət sahəsində fəaliyyət göstərmək üçün avadanlıqlarla təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes fəaliyyətinə başlamasına dəstək olmaq və ya mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində “Rabitəbank” da ilin sonunadək fərqli regionlarda həssas əhali qruplarının biznes üçün tələb edilən avadanlıqlarla təmin edilməsini davam etdirəcək. Bank 27-ci fəaliyyət ili münasibətiylə 27 aztəminatlı ailənin sahibkarlıq fəaliyyətinə başlaması üçün yardım edəcək.
Proqram çərçivəsində “Rabitəbank” artıq Şəmkir, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Sumqayıt və paytaxtın müxtəlif rayonları üzrə həssas əhali qruplarına əvəzsiz olaraq müxtəlif avadanlıqlar təhvil verib. Bank gözəllik salonu, dizayn və fotoqrafiya studiyası, mebel emalatxanası, dərzi atelyesi, ferma, arıçılıq və s. kimi sahələr üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün zəruri avadanlıqlarla təchiz edərək sözükeçən şəxslərin öz biznes xəyallarını gerçəkləşdirməsinə dəstək oldu.
Qeyd edək ki, “Rabitəbank” kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq əsasında “Rabitəbank” gələcəkdə də aztəminatlı ailələrin kiçik biznes xəyallarının reallaşdırılması yolunda əməli addımlar atacaqdır.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
-
8 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
36 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























