Azərbaycanda kiçik su elektrik stansiyaları ilə bağlı yekun hesabatını təqdim edib
Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair “SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib.
Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərnerji” ASC, “SNC-Lavalin’s Atkins”, BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirlməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırlmasına zərurət yaranıb. Bu məqsədlə 2018-ci ilin 19 oktyabr tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış “Niyyət məktubu” çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına “SNC-Lavalin’s Atkins” şirkəti cəlb edilərək tədqiqatlar aparılıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib və qiymətləndirmə aparılıb.
“SNC-Lavalin’s Atkins” şirkətinin nümayəndələri Rodrigo Freire De Macedo və Matt Skidmorenin təqdimatında ölkəmizdə mövcud kiçik su elektrik stansiyalarının, eləcə də seçilmiş ərazilərdə inşası planlaşdırılan stansiyaların səmərəlilik aspektindən qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı və tövsiyələr diqqətə çatdırılıb.
Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib.
“Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlaycağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir”, deyə nazir əlavə edib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz isə bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Bununla belə hökumətin enerji keçidi ilə bağlı siyasəti təqdirəlayiqdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
9 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
14 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
14 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
16 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
16 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq






















