Bakı Ağ Şəhərin yeni kvartalında tikinti işlərinə başlanılıb
Paytaxtın Nobel və Babək prospektləri, N.Rəfiyev və X.Rüstəmov küçələrinin əhatəsində yerləşən 28 hektar kvartalında infrastruktur çatışmazlığı, ərazinin relyef səviyyəsinin kəskin dəyişməsi, yol şəbəkəsi və parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2018-ci il 10 yanvar tarixili Sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq, 28 hektar kvartalının texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb.
Bakı Ağ Şəhərin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcıları və piyada keçidləri modelləşdirilib. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılıb, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilib və ərazinin Bakı Ağ Şəhər Baş Planına uyğunlaşdırılmış layihəsi müvafiq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.
Ərazinin 28 hektar kvartalında ötən illərdə “Harmony Hotel”, “Alfa Hotel and Hostel”, “Ağ Şəhər–2” yarımstansiyası istifadəyə verilib. Hazırda kvartal ərazisində Ağ Şəhər Baş Planına uyğun olaraq yeni tikililərin inşası aparılır. Burada layihələndirilmiş yaşayış, kommersiya və inzibati binalar fərqli dizaynı və funksionallığı ilə seçilir.
Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.
Tikintisi davam edən Uşaq Yaradıcılıq Mərkəzində uşaqların istedad və qabiliyyətinin inkişafı məqsədilə müxtəlif incəsənət istiqamətlərində dərslər təşkil ediləcək. Xəqani Rüstəmov küçəsindəki Mərkəzin qarşısında yerli heykəltəraşların yaratdığı incəsənət nümunəsinin quraşdırılması üçün təkliflər araşdırılır.
Landşaftı və memarlığı ilə seçilən 20 mərtəbəli BCR Xətai yaşayış kompleksi sakinlərinə geniş xidmət təklif edir. Bir neçə binadan ibarət kompleksin eni 45 metr nəzərdə tutulub və Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq rekonstruksiyası layihələndirilən Nəcəfqulu Rəfiyev küçəsində yerləşir və Xəqani Rüstəmov küçəsindən də rahat keçid alır.
Həmçinin 28 hektar kvartal ərazisində layihələndirilmiş 10 mərtəbəli çoxfunksiyalı ictimai binada apart-otel, ofislər, idman zalı, konfrans zalı və restoran nəzərdə tutulub. Hazırda kvartalda su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı boruları, elektrik xətləri və IT kanal sistemlərinin təmin edilməsi üçün yol şəbəkəsi və infrastruktur kommunikasiyası layihələri işlənilib. Bu işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Delta Telekom” ilə razılaşdırılıb və hazırda icra olunur.
Yeni layihə əsasında 226 saylı elektrik yarımstansiyasında aparılan yenidənqurma işləri kvartalın yol şəbəkəsində yeni küçə üçün imkan yaradacaq. Müasir şüşə fasadlı Boks Federasiyası və “Qafqaz Sahil Baku Hotel” kompleksi, keçmiş enerji stansiyası binasında fəaliyyət göstərən “Paulaner” pivə istehsalı və restoranı, Azərbaycan Təbabəti Muzeyi artıq ərazinin 28 hektar kvartalının görməli binaları sırasındadır.
Yeni kvartal Ağ Şəhərin son illər təhvil verilmiş digər əraziləri kimi yaşıl canlı küçələri, kölgəli piyada yolları, müasir dizaynlı binaları ilə şəhərin sakinlərin zövqünü oxşayacaq.
"Bakı Ağ Şəhər" layihəsi Prezident İlham Əliyevin 2006-ci il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir















.jpg)





