Beynəlxalq Bank daha bir qabaqcıl yeniliyə imza atdı
Bank FICOSiron® proqramının tətbiqini başa çatdırdıAzərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza atıb.
Bank bu sahədə kompleks yanaşma imkanı verən FICOSiron® proqram təminatının tətbiqini başa çatdırıb. Bu proqram bir neçə modulu özündə birləşdirir və nəzarət orqanlarının, müxbir bankların tələblərinə tam uyğundur. Sistemə uğurla inteqrasiya nəticəsində müştəri hesablarının monitorinqi, köçürmələrin və ödənişlərin yoxlanılması, habelə müştəri risklərinin qiymətləndirilməsi proseslərinin real vaxt rejimində həyata keçirilməsi maksimum avtomatlaşdırılıb.
Əməliyyatları həyata keçirən bank əməkdaşları qərarların real vaxt rejimində qəbulu üçün sistemin komponentlərinə çıxış imkanlarına malikdirlər. Belə bir sistemin köməyi ilə əvvəllər aparılmış əməliyyatları da təhlil etmək mümkündür. FICO bazasında həllər sayəsində komplayns riskləri minimallaşdırılır və inzibatçının bu sahə üzrə normativ tələbləri tam yerinə yetirilir.
Komplayns proseslərinin avtomatlaşdırılması layihəsinə Azərbaycan Beynəlxalq Bankı hələ 2019-cu ildən start verib. Bankda Siron® həllərinin tətbiqi FICO-nun partnyoru olan RDTEX şirkətinin dəstəyi ilə yerinə yetirilib.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bildirib: “Maliyyə cinayətlərinə qarşı mübarizə geniş xarici müxbir şəbəkəsinə malik aparıcı bank kimi Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. FICO Siron® proqram təminatının tətbiqi banka bununla bağlı daxili və beynəlxalq qanunvericiliyin tələblərinə yüksək səviyyədə riayət etməyə, riskləri minimallaşdırmağa, bu sahədə xərcləri optimallaşdırmağa kömək göstərəcək. Bununla Azərbaycan Beynəlxalq Bankının rəqabət mövqeyi daha da güclənmiş olacaq. Bankımız üçün belə effektiv həlləri təmin edən tərəfdaşlarımız FICO TONBELLER və RDTEX şirkətlərinə təşəkkürümüzü bildiririk”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























