Expressbank Sahibkarlığın İnkişafı Fondunun zəmanəti ilə ilk sürətli kreditini rəsmiləşdirib
(®️) Covid 19 pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına və xüsusi ilə sahibkarlıq subyektlərinə göstərdiyi mənfi təsirin azaldılması məqsədi ilə Expressbank, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində sürətli kreditlərin verilməsinə başlayıb.
“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən kreditlər pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət zəmanəti əsasında , güzəştli şərtlərlə faiz subsidiyası ilə illik cəmi 7.5%-lə təqdim edilir.
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Expressbank, artıq ilk sürətli kreditini rəsmiləşdirib.
Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə dövlət zəmanəti və faiz subsidiyası ilə kredit almaq üçün sahibkarlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Elektron kredit platforması” üzərindən (E-edf.gov.az linkinə keçid alaraq) Expressbank-ı müvəkkil bank qismində seçməklə müraciət edə bilərlər.
Expressbank, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun da kredit zəmanət və subsidiya mexanizmi üzrə aktiv iştirakçısıdır. Eyni zamanda bank, Aqrar Kredit və İnkişaf Agentliyi ilə də uzun müddətdir ki əməkdaşlıq edir və ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi , regionların aqrar inkişafı ilə bağlı, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması, heyvandarlıq təsərrüfatının inkişafı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə də kredit dəstəyi göstərir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















