"Bu sistem məhsuldarlığa çox ciddi təsir göstərir"
Azərbaycanın fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir. Artıq minlərlə təsərrüfatda, xüsusilə intensiv bağlarda damlama suvarma sistemlərindən istifadə edilir.
Şamaxının İkinci Çaylı kəndindən olan fermer Habil Əzimov 30 hektar üzüm bağında damlama suvarma sistemi quraşdırıb. Fermer müasir suvarma sistemlərinin məhsuldarlığa ciddi təsir göstərdiyini deyir: “2014-cü ildə saldığımız 30 hektar üzüm bağının 25 hektarında damlama suvarma sistemi quraşdırılıb. Bu sistem məhsuldarlığa çox ciddi təsir göstərir, müasir suvarma sistemi ilə təchiz olunmuş bağlardan ənənəvi bağlarla müqayisədə iki-üç dəfə çox məhsul götürürük. Damla suvarma sistemlərinin bir neçə üstün cəhəti var. Bu sistemin tətbiqi zamanı torpaq şoranlaşmır, suya qənaət olunur, alaq problemi azalır, mineralların torpağa verilməsi asanlaşır”.
Kənd Təsərrüfatı Nazirliyi müasir suvarma sistemlərinin üstünlüklərini nəzərə alaraq fermerlərə öz təsərrüfatlarında bu cür yeniliklərdən istifadə etməyi məsləhət görür. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov dövlətin təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına dəstək verdiyini deyir: “Ötən ildən etibarən müasir suvarma sistemləri dövlət güzəşti tətbiq olunan kənd təsərrüfatı avadanlığı siyahısına daxil edilib. Bu o deməkdir ki, fermerlərimiz 20 faiz ilkin ödəniş etməklə suvarma sistemlərini alaraq öz sahələrində quraşdıra bilərlər. Satın alınan suvarma sisteminin dəyərinin 40 faizini dövlət ödəyir, qalan 40 faiz isə banklar tərəfindən 5 il müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizlərini isə dövlət ödəyir. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan yararlanmağa, təsərrüfatlarda dövlət dəstəyi ilə müasir suvarma sistemləri quraşdırmağa çağırırıq”.
Qeyd edək ki, 2019-cu ildən başlayaraq salınmış intensiv bağların hər hektarına görə dövlət tərəfindən 400-800 manat subsidiya verilir. İntensiv bağın əsas fərqləndirici xüsusiyyətlərindən biri onun müasir suvarma sistemi ilə təchiz olunmasıdır. Damlama suvarma üsulunun tətbiqi nəticəsində meyvənin məhsuldarlığı növündən asılı olaraq adi bağa nisbətən 4-6 dəfə arta bilir.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)






