“Azərsun” 116 çeşid məhsulun qiymətini aşağı saldı
Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir.
Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb. Bu barədə "Marja"ya Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər departamentinin rəhbəri Afiq Səfərov məlumat verib.
Onun verdiyi məlumata görə, Şirkətlər Qrupu tərəfindən istehsal olunan “Zolotoye solnişko”, “Final”, “Möcüzə”, “ Zoluşka” , “Evim” markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %, “Zoluşka” “Kulinarka” ve “Krestyanskoye” markalı spred yağlarına, “Zeytun bağları” markalı zeytun yağına 5 %, “Aura”, “Evim” markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %, “Calve” , “Knorr” ve “Hellmans” markalı müxtəlif souslara 13-35 %, Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilmişdir.
Qeyd edək ki, “Azərsun Holdinq” bir müddət əvvəl şəkər tozunun qiymətini 5 % yəni hər tona görə 60 manat aşağı salmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























