Beynəlxalq Bankın “Mətbuat” şöbəsi yeni ünvanda
Filialların transformasiyası çərçivəsində Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin müasirləşdirilməsini davam etdirir. Bankın “Mətbuat” şöbəsi yeni ünvanda fəaliyyətə başlayıb.
Bankyın yaydığı məlumata görə, şöbə bundan sonra müştərilərə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 217/73 ünvanında xidmət göstərəcək. Geniş ərazidə yerləşən, müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
Məqsəd effektivliyin artırılması, müştərilərə daha əlçatan olmaq və onların məmnuniyyətinin əldə edilməsidir. “Mətbuat” şöbəsində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası prosesinin Bankın inkişaf strategiyasında xüsusi yer tutduğunu qeyd edib: “Bankımız yenilənməkdə davam edir. Çalışırıq ki, müştərilərimiz bunu təkcə xidmət ofislərimizin zahiri görkəmində, müasir şəraitində deyil, onlara göstərdiyimiz xidmətin keyfiyyətində də hiss edə bilsinlər. Azərbaycan Beynəlxalq Bankı filial və şöbələrini müasirləşdirməklə yanaşı, məsafədən xidmət imkanlarını da genişləndirir. Fərdi və korporativ müştərilərimiz bu imkanlardan istifadə edərək bir çox bank məhsul və xidmətlərindən banka gəlmədən, onlayn qaydada da istifadə edə bilərlər”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























