Ziraat Bank, Azərbaycanın bank sektorunda daha bir yenilik etdi!
“Ziraat Bank Azərbaycan” ASC bazarda tam yeni məhsul olan “Birbaşa Borclandırma Sistemi”-ni müştərilərinə təqdim edir. Ziraat Bank “Birbaşa Borclandırma Sistemi” ilə firma və diler arasında olan ödənişlərə təminat verməklə yanaşı ticarətinizi sürətləndirəcək və ödənişlərinizin tam vaxtında icra olunmasını təmin edəcəkdir. Ödənişlərinizin vaxtında və avtomatik ödənilməsi sizi həm vaxt itkisindən azad edəcək, həm də biznes münasibətlərinizi möhkəmləndirəcəkdir.
“Birbaşa Borclandırma Sistemi”, satışı dilerlər vasitəsi ilə həyata keçirən firmalar və onun dilerləri arasında mal və xidmət satışına görə hesablaşmaların avtomatlaşdırılmasını nəzərdə tutan və özündə bir neçə fərqli bank xidmətlərinin elementlərini birləşdirən hesablaşmalar sistemdir. “Birbaşa Borclandırma Sistemi” aşağıdakı bank məhsul və xidmətlərinin komponentlərini özündə birləşdirir:
1. Təminat Məktubu
2. Overdraft
3. Nağdsız hesablaşmalar (Ödəmə Tələbnamə Tapşırığı)
4. Faktorinq
“Birbaşa Borclandırma Sistemi” məhsulunda firma və diler ticarət əməliyyatlarını Ziraat Bank təminatı altına almaq üçün banka müraciət edirlər. “Ziraat Bank Azərbaycan” ASC firma və dilerlə razılaşaraq faktura tarixlərində firmaya ödənilməli olan vəsaiti vaxtında və avtomatik olaraq firmanın hesabına ödəyir. Bu halda firma ödənişlərini qarantiya altına almış olur.
“Ziraat Bank Azərbaycan” ASC yeni məhsul və xidmətlər təqdim edərək, həmçinin mövcud məhsul və xidmətlərin inkişafını həyata keçirərək, müştərilərin bank əməliyyatlarını asan və rahat şəkildə icra olunmasını təmin edir.
Əlavə olaraq, qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC Türkiyə Ziraat Bankının 156 illik təcrübəsi ilə 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur, həmçinin yaxın müddətdə filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























