Bakıda "pul paylayan" şirkət BOKT-a çevrilir
Ötən ilin sonlarına yaxın Bakıda quraşdırdığı, insanlara pul paylayan aparatlarla “(Azpulmat”) gündəmə gəlmiş “Azpul” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.
Məlumata görə, şirkətin nizamnamə kapitalı kəskin artırılaraq 1 000 manatdan 300 000 manata çatdırılıb ki, bu da BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğundur.
“Azpul”un direktoru Tural Vəliyev açıqlamasında bildirib ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almağı planlaşdırırlar. Bundan sonra kommersiya qurumunun fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Xatırladaq ki, “Azpulmat” aparatları vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc verirdi. Həmin borc 5 gün ərzində 21 manat olmaqla geri qaytarılmalı idi. Geriyə ödənişi vaxtında etmiş şəxslər növbəti mərhələdə 40 manat borc ala bilirdilər. Yəni, borc limiti 2 dəfə artırdı və maksimum 1 000 manat ola bilərdi. Bu isə ictimaiyyətin geniş marağına səbəb olmuşdu. Amma bu növ fəaliyyətin hüquqi əsası olmadığı üçün aparatların fəaliyyəti qısa müddətdə dayandırılmışdı.
“Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























