“Azsığorta” “Fitch Ratings”-lə əməkdaşlığı dayandırır
“Azsığorta” ASC “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.
ASC-nin yaydığı məlumatda bildirilir ki, bütün dünyada, eləcə də ölkəmizdə yayılmış COVİD-19 virusu iqtisadiyyatın bir çox sahələrinə olduğu kimi sığorta sektoruna da təsir göstərməkdədir. Qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar və iqtisadi böhranın labüdlüyü şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaldır. Bu kimi amillərlə yanaşı, xərclərin optimallaşdırılması, ölkədən xaricə valyuta ödənişlərinin azaltmaq məqsədilə AZSIĞORTA ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.
20.3 milyon AZN nizamnamə kapıtalı ilə yüksək kapitallaşma mövqeyinə malik olan “Azsığorta” ölkədə beynəlxalq reytinqli iki sığorta şirkətindən biri idi. Xatırladaq ki, daha öncə, bu ilin may ayında “Fitch Ratings” şirkətin maliyyə gücünü “B” səviyyəsində, proqnozunu isə Stabil olaraq təsdiq etmişdi.
“Qeyd edək ki, tətbiq olunan izolyasiya qaydaları və karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir. Cari ilin birinci yarımilliyi üzrə nəticələrinə əsasən AZSIĞORTA-nın xalis mənfəəti 1,24 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 36% çoxdur”,- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)







