Bu bank şənbə günləri də kredit verməyə başlayıb
Bank VTB (Azərbaycan) müştərilərin rahatlığı üçün şənbə günləri də kredit verməyə başlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, əvəllər şənbə günü kredit üçün müraciət qəbul olunurdu, müraciətin baxılması və kreditin verilməsi isə həftə içi həyata keçirilirdi. İndi müştərilər bankın istənilən filialına şənbə günü saat 10.00-dan 16.00-dək kredit üçün müraciət edib, elə həmin gün kredit əldə edə bilər. Müştərilər nağd pul krediti, yenidənmaliyyələşdirmə, kredit kartı və əmanət girovlu kredit məhsulları üzrə müraciət edə bilər.
“Əksər hallarda pul vəsaiti üçün müraciət edən şəxslər həftə içi çalışdıqları üçün iş günlərində banka gələ bilmir. Müştərilərimizin rahatlığını düşünərək biz onlara krediti şənbə günlərində əldə etməyə imkan veririk”- deyə, bank VTB (Azərbaycan)-ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimov bildirib.
Bundan başqa, şənbə günü müştərilər geniş çeşiddə bank xidmətlərindən, o cümlədən cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, depozit hesabların artırılması kimi xidmətlərdən yararlana bilər. Eləcə də müştəriləri filiala kredit ödənişləri, kredit sifarişlərin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət edə bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























