“Fitch” Azərbaycan şirkətinin reytinqini geri çağırdı
“Azsığorta” ASC-nin təşəbbüsü ilə “Fitch Ratings” ilə reytinqin yenilənməsi üzrə əməkdaşlıq dayandırıldığı üçün beynəlxalq reytinq agentliyi sığorta şirkətinin reytinqini əvvəlki səviyyədə təsdiqləyərək geri çağırıb.
Daha öncə xəbər verdiyimiz kimi xərclərin optimallaşdırılması və ölkədən xaricə valyuta ödənişlərinin azaltmaq məqsədilə “Azsığorta” ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığını müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdir. Həmçinin, qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaltmışdır.
Reytinq agentliyi ilə əməkdaşlığın dayandırılmasına baxmayaraq “Fitch Ratings” “Azsığorta”ASC üzrə proqnozunu növbəti dəfə Dayanıqlı (Stable) səviyyəsində saxlayaraq, Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində təsdiqləyir və prosedur tələbinə əsasən geri çağırır. Agentlik sığorta şirkətinin yüksək kapitallaşmaya malik olduğunu bir daha qeyd etmişdir.
Qeyd edək ki, tətbiq olunan izolyasiya qaydaları və karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir. Beləki, 20.3 milyon AZN nizamnamə kapıtalı ilə yüksək kapitallaşma mövqeyinə malik olan “Azsığorta”nın cari ilin birinci yarımilliyində xalis mənfəəti 1,24 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 36% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)







