Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolma azalıb
Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 645 300,7 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır.
DGK-nin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% azalaraq 647 681,3 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 4,2% azalaraq 1 883 573,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin səkkiz ayı ərzində daxilolmalar 51,3% azalaraq 89 906,9 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 24 138,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18% azdır.
Bu ilin avqust ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 285 263,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 27,7%, bu ilin iyul ayı ilə müqayisədə isə 16,1% azdır.
Bu ilin avqust ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2% azalaraq 79 115,2 min manat olub. Bu ilin iyul ayı ilə müqayisədə isə bu göstərici 6% azalıb.
Həmçinin, cari ilin avqust ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 29,4% azalaraq 192 135,6 min manat (bu ilin iyul ayı ilə müqayisədə 20,4% az), aksizlər üzrə 48,7% azalaraq 11 417,7 min manat (iyul ilə müqayisədə 3,4% az), yol vergisi üzrə daxilolmalar isə 26,3% azalaraq 2 595 min manat (iyul ilə müqayisədə 8,6% az) təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
52 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)






