Türkiyədən olan bu sifarişlərdə çatdırılma pulsuz olacaq - ŞƏRTLƏR
(®️) Dövrün tələbiylə bir çox vərdişlərimiz dəyişdiyi kimi artıq e-ticarət də həyatımızdakı önəmini günü-gündən artırmaqdadır. Onlayn alış-veriş vasitəsilə biz olduğumuz yeri tərk etmədən ölkədaxili və ölkəxaricindən sifarişlər edə bilərik.
⠀
Bu prosesdə isə bizim köməyimizə yerli karqo şirkətləri çatır. Hazırda Azərbaycanda bu növ firmaların sayı kifayət qədərdir. Lakin zamanında çatdırılma edən, keyfiyyətli xidmət göstərən, eyni zamanda, büdcəmizə uyğun təkliflər edən karqo şirkətlərini tapmaq elə də asan məsələ deyil.
⠀
Ölkədə fəaliyyət göstərən karqo firmaları siyahısının ən başında xidmət və təkliflərilə seçilən, müştərilərin rahatlığına əsaslanan kampaniyaları ilə yadda qalan məhz Mover şirkəti gəlir.
⠀
Şirkət bu dəfə də daha möhtəşəm bir kampaniya ilə qarşımıza çıxıb. Belə ki, Mover Visa ilə əməkdaşlıq çərçivəsində başlatdığı “Bonuslu Visa” kampaniyasında Türkiyədən alış-veriş edən bütün Visa kart sahibləri böyük bonuslar qazanacaq.
⠀
İndi "Visa" kart ilə Mover balansınıza 13$ əlavə etdiyiniz zaman bu ödənişiniz hesabınıza bonus olaraq geri qayıdacaq.
Nəticədə isə Türkiyədən çatdırılma haqqını "Visa" kartla ödədiyiniz 2 kq-dək olan sifarişin çatdırılması tamamilə pulsuz olacaq. Çünki ödədiyiniz məbləğ bonus balansına geri qayıdacaq.
Qeyd edək ki, kampaniya çərçivəsində hər bir şəxs üçün ümumi olaraq, ilk 7 ödəmədə maksimum 7 kq-ın, növbəti ödəmələrdə isə məhsulun dəyərinin 10%-nin ödənişsiz çatdırılması nəzərdə tutulub.
⠀
Kampaniya zamanı müştərilər aşağıdakı fürsətlərdən yararlanmaq haqqına sahibdirlər:
⠀
1. Çəkisi 2 kq-da qədər ilk daşınma haqqı ödənişinin TAM 100%-i bonus olaraq balansınıza qayıdacaq.
Nümunə 1: Çəkisi 3 kq olan bağlama üçün 19.5 $ ödəyirsə 13 bonus qazanır.
Nümunə 2: Çəkisi 0.5 kq olan bağlama üçün 3.25 $ ödəyirsə 3.25 bonus qazanır.
Nümunə 3: Çəkisi 1 kq olan bağlama üçün 6.5 $ ödəyirsə 6.5 bonus qazanır.
Nümunə 4: Balans 13 $ artırılarsa 13 bonus qazanır.
2. Növbəti 5 ödənişdə (2-6) daşınma haqqının 2 kq-a qədər hissəsinin 50%-i bonus olaraq balansınıza qayıdacaq.
Nümunə 1: Çəkisi 3 kq olan bağlama üçün 19.5 $ ödəyirsə 6.5 bonus qazanır.
Nümunə 2: Çəkisi 1 kq olan bağlama üçün 6.5 $ ödəyirsə 3.25 bonus qazanır.
Nümunə 3: Çəkisi 0.5 kq olan bağlama üçün 3.25 $ ödəyirsə 1.62 bonus qazanır.
Nümunə 4: Balans 13 $ artırılarsa 6.5 bonus qazanır.
3. 6-ci ödənişdən sonra isə bütün daşınma haqqı ödənişlərinin 2 kq-a qədər hissəsinin 10%-i bonus olaraq balansınıza qayıdacaq.
Nümunə 1: Çəkisi 3 kq olan bağlama üçün 19.5 $ ödəyirsə 1.3 bonus qazanır.
Nümunə 2: Çəkisi 1 kq olan bağlama üçün 6.5 $ ödəyirsə 0.65 bonus qazanır.
Nümunə 3: Çəkisi 0.5 kq olan bağlama üçün 3.25 $ ödəyirsə 0.32 bonus qazanır.
Bitdi? Əlbəttə, bitmədi!
Mover balansınıza Türkiyədən sifariş verdiyiniz bağlamaların daşınma haqqını ödəmək üçün əlavə etdiyiniz 13 $ miqdarında məbləğin tam 100%-i bonus olaraq balansınıza qayıdacaq.
Kampaniya şərtləri
1. “Bonuslu Visa” kampaniyası Mover-da çatdırılma ödənişini Visa kartla edən hər kəsə aiddir.
2. Kampaniya istənilən yerli bankın Visa kartı ilə ödəmələrə aiddir.
3. Kampaniyada qazanılmış bonuslar geri qaytarılmır, sadəcə kampaniya müddətində daşıma haqqı üçün istifadə edilə bilər.
4. Kampaniyada qazanılmış bonuslar yalnız Türkiyədən çatdırılma haqqı ödənişləri üçün istifadə edilə bilər.
5. Bonuslar sadəcə Standart və Premium tariflərdə istifadə oluna bilər.
6. Kampaniya 10 Sentyabr 2020 -10 Mart 2021 tarixinə qədər davam edəcək.
Qeyd edək ki, Mover Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) üzvüdür. Şirkət hazırda 4 ölkədən – Türkiyə, Rusiya, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin və onlayn ticarət istifadəçilərinin sifarişlərinin Azərbaycana və ölkənin rayonlarına çatdırılmasını da həyata keçirir.
Ətraflı məlumat üçün:
Tel: *9009
E-mail: [email protected]
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 11 saat sonra
- 8 saat sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
9 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
10 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















