"Günay Bank" növbədənkənar yığıncaq elan etdi - RƏHBƏRLİKDƏ DƏYİŞİKLİK EDİLƏCƏK
23 Oktyabr 2020-ci il tarixində "Günay Bank" ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Marja Bankın bildirişinə istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Müşahidə Şurası üzvlərinin tərkibinə baxılması və dəyişiklik edilməsi, 2020-ci ilin 1-ci yarısı üzrə hesabatın təhlili və digər məsələlər daxildir.
Yığıncaq Bankın baş ofisində keçiriləcəkdir.
Hazırda Emin Ağayev, Fəridə Ağayeva, Leyla Nağıyeva və İlham Budaqov "Günay Bank" ASC-də Müşahidə Şurasının üzvüləridir. Həmçinin Emin Ağayev Müşahidə Şurası Sədrinin müavinidir.
Xatırladaq ki, bu yaxınlarda 20 ildən artıq bank təcrübəsinə malik Baratəli Piriyev "Günay Bank" ASC-də İdarə Heyətinin Sədri təyin edilib.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın nizamnamə kapitalının 52,13%-i Mahmud Məmmədova (Müşahidə Şurasının sədri), 40,05%-i Yeganə Şirinovaya, 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























