Marketinq və kommunikasiya meneceri axtarılır
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi “Marketinq və kommunikasiya meneceri” vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Ali təhsil (iqtisadi, humanitar);
- Təlimlərin təşkilində iş təcrübəsi;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Ünsiyyət və təqdimetmə bacarıqları;
- Məqsədyönlü, məsuliyyətli və operativ olmaq;
- İşində dürüst, punktual və səliqəli olmaq.
- Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
- Mərkəzin tədris fəaliyyətinə ümumi nəzarət edir, o cümlədən, təlim proqramları, seminarlar, təhsil tədbirləri haqqında məlumatlı olur, onların təkmilləşdirilməsi üçün direktora təkliflər verir;
-Yerli və beynəlxalq bazarları daimi araşdırır, və bu araşdırmalar nəticəsində yeni təlim proqramları, seminarlar və təhsil tədbirlərinin yaradılması, digər təşkilatlarla əməkdaşlıq, akkreditasiya və üzvlük barədə Mərkəzin direktoruna təkliflər verir və bu işlərin təşkil edilməsində iştirak edir;
- Təlim proqramları, seminarlar və təhsil tədbirlərinin materiallarını o cümlədən, təlimlərin təsviri, təqdimat, ədəbiyyat, imtahan sualları və digər materiallarını hazırlayır və hazırlanmış materiallara nəzarət edir;
-Təlimlərin daxili “ Təhsil və təlimlərin təşkilinə dair qaydalarına” uyğun keçirilməsinə nəzarət edir;
-Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq və direktorun göstərişləri ilə digər vəzifələri yerinə yetirir. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər, zəhmət olmasa Subject bölməsində mütləq “Marketinq və kommunikasiya meneceri” vəzifəsini qeyd edəsiniz (Xahiş edirik əmək haqqı gözləntinizi müraciətdə qeyd edəsiniz). Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















