Azərbaycan Banklar Assosiasiyasının bəyanatı
Azərbaycanın və qonşu dövlətlərin ərazi bütövlüyünə göz dikən və onilliklər boyu tarixi saxtalaşdıraraq qeyri-sağlam düşüncə tərzinə əsaslanmaqla işğalçılıq və separatçılığı öz dövlətinin başlıca siyasətinə çevirmiş erməni vandalları növbəti dəfə, 27 sentyabrda ölkəmizə qarşı hərbi təxribata əl atmış, döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə məruz qoyaraq dinc sakinlərimizi qətlə yetirmiş, mülki obyektlərimizə zərər vurmuşlar.
Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuzun, qəhrəman əsgərlərimizin sərt cavabı ilə düşmənə sarsıdıcı zərbə endirilmiş, düşmən öz layiqli cavabını almaqdadır.
Ölkəmizin siyasi gücü, hərbi potensialının dayaq nöqtələrindən biri də onun iqtisadi qüdrətidir. Regionun ən güclü iqtisadiyyatına sahib olan Azərbaycan dövləti reallaşdırılan bütün əhəmiyyətli layihələrdə söz sahibidir. Güclü iqtisadiyyata, iri həcmli strateji valyuta ehtiyyatlarına, dayanıqlı maliyyə-bank sisteminə malik olan ölkəmiz istənilən həmlələrin öhdəsindən gəlmək qüdrətinə sahibdir.
Ermənistanın isə işğalçılıq siyasətini davam etdirməsi onu regionun bütün böyük iqtisadi layihələrindən kənarda qoymuş və onun iqtisadiyyatını tənəzzülə sürükləmişdir.
Fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan Banklar Assosiasiyası öz üzvləri ilə birlikdə bir çox mürəkkəb vəziyyətlərlə qarşılaşmış, bank icması hər zaman dövlətimizin yanında olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmiş və ölkə başçısının, birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daima hiss etmişdir.
Ölkənin bank icması bütün resursları ilə dövlətimizin, ölkə rəhbərliyinin hər zaman yanındadır. Əminik ki, Ali Baş Komandanın əmri ilə hərəkətə keçmiş şanlı ordumuz tez bir zamanda torpaqlarımızı mənfur düşmənlərdən birdəfəlik təmizləyərək regionda sülhün və dirçəlişin əsasını qoyacaq, cəmiyyətimizin birliyi və dəstəyi ilə xalqımız bu sınaqdan da şərəflə çıxacaq və gələcək nəsillərə xoşbəxt günlər bəxş edəcəkdir.
Var olsun Azərbaycan!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























