BirBank vasitəsilə Silahlı Qüvvələrə yardım etmək mümkün oldu
(®️) Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqi, istifadəçilər üçün yeni imkan yaradılıb.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək istəyən BirBank istifadəçiləri tətbiqdə olan yeni bölməyə daxil olaraq, kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada fonda köçürə bilərlər. Bundan başqa Kapital Bank filiallarında olan ödəniş terminalları vasitəsilə də Silahlı Qüvvələrə ianə məbləğini köçürmək olar.
Qeyd edək ki, bir neçə gün əvvəl BirBank istifadəçiləri üçün daha bir yenilik tətbiq edilib. Artıq istifadəçilər bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, 100 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























