Azərbaycanda neft hasilatı 7,6 faiz azalıb, qaz hasilatı 8,3 faiz artıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 27,8 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 10,8 faiz artmışdır.
Sənaye məhsulunun 60,1 faizi mədənçıxarma sektorunda, 33,8 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 74,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 59,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 39,7 faiz, kağız və karton istehsalı 30,4 faiz, geyim istehsalı 29,2 faiz, maşın və avadanlıqların istehsalı 28,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,5 faiz, tikinti materiallarının istehsalı 25,9 faiz, poliqrafiya məhsullarının istehsalı 24,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,4 faiz, tütün məmulatlarının istehsalı 13,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 5,1 faiz artmış, qida məhsullarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 2,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 5,5 faiz, elektrik avadanlıqlarının istehsalı 9,6 faiz, içkilərin istehsalı 9,8 faiz, mebel istehsalı 26,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
23 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























