Kapital Bank biznes və ipoteka kreditlərini kəskin artırıb
2020-ci ilin 3-cü rübündə cəmi aktivləri 5 milyard manat səviyyəsini aşmış Kapital Bank müştərilərə verilən kreditləri artırıb.
Marja xəbər verir ki, Bankın müştərilərə verdiyi cəmi kreditlər 30 Sentyabr 2019-cu il tarixi ilə müqayisədə (son 12 hesabat ayında) 488 milyon 818 min manat, 31 Dekabr 2019-cu il tarixi ilə müqayisədə isə (cari ilin 9 ayında) 389 milyon 107 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 2 milyard 210 milyon 329 min manat təşkil edib.
Son 1 ildə Bankın istehlak kreditləri portfeli 100 milyon 884 min manat və ya 7,7% artaraq 1 milyard 405 milyon 24 min manata, biznes kreditləri portfeli 229 milyon 601 min manat və ya 62,5% artaraq 597 milyon 235 min manata, daşınmaz əmlak kreditləri portfeli 158 milyon 332 min manat və ya 4,2 dəfə artaraq 208 milyon 69 min manata çatıb.
30 Sentyabr 2020-ci il tarixində, 270 milyon 307 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric müştərilərə verilmiş kreditlər 1 milyard 940 milyon 21 min manat təşkil edib. Son 1 ildə Bankın xalis kredit portfeli 492 milyon 949 min manat artıb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir.
Həmçinin oxu
Kapital Bank son maliyyə vəziyyətini açıqladıMarja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























