Expressbank 2020–ci ilin 9 ayını mənfəətlə başa vurub
Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” ASC 20200-ci ilin 9 ayında dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında bankın xalis faiz gəliri 20.1% faiz artaraq 23 milyon 960 min manat, bankın cəmi əməliyyat mənfəəti isə 9 milyon 635 min manat təşkil edib. Qeyri-faiz xərclərinə 11% qənaət edərək Bank, cari ilin 9 ayını 7 milyon 426 min manat xalis mənfəətlə başa vurub.
Məlumatda qeyd edilib ki, sərfəli kredit tarifləri, müştərilərə göstərilən yüksək xidmət və xüsusi yanaşma hüquqi şəxslərin və sahibkarların banka olan etimadını və inamını artırır. Belə ki, keçən rüb ilə müqayisədə hüquqi şəxslərin və sahibkarların depozit portfeli 25%, yəni 4 milyon 679 min manat artaraq 23 milyon 150 min manat təşkil edib. Bankın biznes kreditlərində də artım müşahidə olunub, belə ki, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri üçün ayrılan kreditlərin həcmi 9.5 % artmışdır.
2020-ci ilin III-cü rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, keçən rüb ilə müqayisədə 30 sentyabr 2020-ci il tarixinə Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı yüksələrək 44.8%, məcmu kapitalın adekvatlıq əmsalı 49.1%, leverec əmsalı isə 34% təşkil edib. İkinci rüb ilə müqayisədə Bankın məcmu kapitalı 595 min manat yüksələrək 118 milyon 98 min manat təşkil edib. Bu da, müəyyən edilmiş normativlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























