Çətin iqtisadi vəziyyətə baxmayaraq Embafinans mənfəətini qoruyub – MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC 2020-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq, “Embafinans” QSC 2020-ci ilin 9 ayını 2 milyon 689 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti artıb. “Embafinans” keçən ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə bağlamışdı.
Xatırladaq ki, “Embafinans” QSC 2019-cu ili 3 milyon 252 min manat xalis mənfəət ilə başa vurub.
FAİZ GƏLİRLƏRİ ARTIB
2020-ci ilin yanvar - sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə “Embafinans”ın faiz gəlirləri 19% artaraq 7 milyon 269 min manat təşkil edib.
“Embafinans”ın cəmi aktivləri və kredit portfeli azalıb. 2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin yanvar – sentyabr dövründə təşkilatın cəmi aktivləri 18% azalaraq 36 milyon 715 min manata, kredit portfeli isə 21% azalaraq 30 milyon 66 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2020-ci il tarixində Embafinans 16 milyon 677 min manat məcmu kapitala malik olub. Təşkilatın məcmu kapitalı 3% artıb.
Qeyd edək ki, Embafinans mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel və məişət texnikası mağazalarının məhsullarını kreditləşdirir. 2018-ci ildən başlayaraq Embafinans biznes kreditləri də təklif etməyə başlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























