Azərbaycan şirkəti bağ mebelləri ixracını artırır
IDEA MMC ölkədə İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən artıq biznes görüşlərdə iştirak edib, beynəlxalq şirkətlər və fərdlərlə münasibətləri möhkəmləndirməyə nail olub.
Bu barədə IDEA MMC-nin direktoru İbrahim Alısoy bildirib.
Təmsil etdiyi qurum haqqında məlumat verən şirkətin direktoru qeyd edib ki, 2004-cü ildən fəaliyyətə başlayan IDEA MMC bütün növ müasir və xüsusi dizaynlı şəhərsalma, park-bağ məhsullarının, eləcə də, özəl dizaynlı taxta və metal konstruksiyalar, infrastruktura dair memari formalar və dizayn elementlərinin istehsalı üzrə ixtisaslaşan, milli istehsalımızın inkişafı üçün xidmət göstərən Azərbaycan şirkətidir. Bir sıra yerli və beynəlxalq şirkətlərlə uğurlu layihələrə imza atan IDEA-nın hazırda Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Qətər Dövləti və İran İslam Respublikasında rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.
“Hazırda nümayəndəmiz Qazaxıstan Respublikasına təşkil olunan ixrac missiyası səfərindədir. Ötən il Qətərə ixrac missiyası çərçivəsində bu ölkənin Bələdiyyə və Ətraf Mühit Nazirliyində görüş keçirilib, “Scandinavian Supplies” şirkəti ilə rəsmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət IDEA məhsullarının Qətərdə satışı və təqdimatı hüququnu qazanıb. Əməkdaşlığın ilk addımları olaraq, IDEA bu ilin martında Qətərdə keçirilən “AGRİTEQ 2017” sərgisinə Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi tərəfindən dəvət alıb, sərgi üçün və nazirliyin xüsusi sifarişi əsasında ixrac həyata keçirib. May ayında Qətərdə keçiriləcək “PROJECT QATAR” sərgisi üçün məhsullar göndərilib, Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi, eyni zamanda digər şirkətlər tərəfindən göndərilən təkliflər üzərində iş aparılır”, - deyə İ.Alısoy diqqətə çatdırıb.
Şirkət 2015-ci ildə Rusiyaya, 2016-cı ildə isə Qazaxıstana, Qətərə və Almaniyaya ixrac missiyasını həyata keçirib.
Hazırda şirkət Rusiyanın “CROCUS GROUP” şirkətinə 5 ədəd iri avtomaşın olmaqla Azərbaycan istehsalı olan bağ mebel məhsulları ixrac edir. Ötən həftə isə şirkətimizlə İran İslam Respublikasının “Arabbeh Parvaz Pars Business Group” şirkəti ilə rəsmi nümayəndəlik haqqında müqavilə imzalanıb. Müqaviləyə görə, şirkət IDEA məhsullarının İran ərazisində satış və təqdimat hüququnu qazanır.
Ümumilikdə, beynəlxalq əlaqələrin və ixrac potensialının inkişafı istiqamətində AZPROMO, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər bütün əlaqədar təşkilatlar bizə yaxından dəstək göstərir.
İ.Alısoy vurğulayıb ki, dövlətimizin başçısının mütəmadi olaraq ixrac potensialını və şirkətlərin bu istiqamətdə fəaliyyətini diqqət mərkəzində saxlaması və qayğı göstərməsi inanırıq ki, çox qısa bir zamanda şirkətimizin dünyanın bir çox ölkələrində yaxından tanınmasına səbəb olacaq və bu da birbaşa milli iqtisadiyyatımızın inkişafı üçün zəmin yaradacaq. Bu istiqamətdə biz Azərbaycan şirkəti olaraq bütün imkanlarımızdan istifadə etməyə hazırıq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 8 d. əvvəl
-
-
32 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
37 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 1 saat əvvəl
-
14 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır























