“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Beynəlxalq valyuta birjalarında Almaniya və Avrozonanın sənaye sektoruna dair fundamental göstəricilərin müsbət açıqlanması, EURUSD məzənnəsinin təqribən son iki ayın maksimum səviyyələrinə yaxın ticarət olunmasına səbəb olmaqdır.
Bununla yanaşı, 1.1850$-ın yenidən qırılması ilə bahalaşmanın sürətlənəcəyi proqnozlarının yanında, investorlar cümə axşamı Bakı vaxtı ilə saat 16:45-də açıqlanacaq Avropa Mərkəzi Bankının siyasətinə dair yeni qərarı və cümə günü saat 14:00-da dərc ediləcək Avrozonanın inflyasiya inkişaf göstəricilərini də böyük maraqla gözləyirlər.
Cümə axşamı saat 16:30-da dərc ediləcək ABŞ-ın inkişaf dinamikası göstəriciləri də önəmli rol oynayacaqdır.
GBP.
Breksit ticarət sazişinin razılaşdırılması istiqamətində İngiltərə və AB-nin yaxınlaşma cəhdləri də investorların diqqət mərkəzindədir. Danışıqlar artıq hər gün davam edir və hər hansı müsbət açıqlamaların, GBPUSD məzənnəsinə də müsbət təsir edəcəyi proqnozlaşdırılır.
Beləliklə, sənaye və xidmət sektorları ilə bağlı fundamental göstəricilərin pisləşməsi fonunda təzyiq altında olan funt sterlinq, 1.3060$-ın qırılması ilə yenidən bahalaşa bilər. Breksitə dair açıqlamalar da diqqət mərkəzində olacaqdır.
TRY.
TCMB-nin faizlərini dünya maliyyə bazarlarında proqnozlaşdırılanın əksinə olaraq dəyişməməsi, USDTRY məzənnəsinin yenidən bahalaşmasına səbəb olmuşdur və 7.90TL-nin üzərində qaldıqca, 8.07TL-yə kimi də bahalaşacağı ehtimal edilir.
OIL.
Enerji birjalarında isə Brent neftinin bir barel qiyməti ABŞ-da neft məhsullarına olan tələbin azalması fonunda yenidən ucuzlaşmağa başlayıb. Lakin ucuzlaşmanın cari səviyyələrdən 40$-a kimi davam edə biləcəyi və gələn həftə ərzində 40-43$ aralığında dalğalanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti son iki həftənin maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadır və növbəti artım dalğası üçün treyderlər 1907$-ın (61.3 $/qram) qırılmasını gözləyirlər. Bundan sonra bir unsiya üzrə qiymət yenidən 1924$-a (61.9 $/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















