Ən yuxarı (mobil)-2_30

“Saudi Aramco”nun xalis mənfəəti yarıbayarı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Saudi Aramco”nun xalis mənfəəti yarıbayarı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco”nun 2020-ci ilin ilk doqquz ayı üzrə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azalaraq 35,015 milyard ABŞ dollarına düşüb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Hesabat dövründə hər səhm üçün seyrəltilmiş mənfəət 0,18 ABŞ dolları təşkil edib. Ötən il bu göstərici 0,34 ABŞ dollarına bərabər idi. Şirkətin qazancı 46% azalaraq 146,362 milyard ABŞ dollarına düşüb.

“Qlobal energetika bazarlarının üzləşdiyi müqavimətə baxmayaraq, iqtisadi fəallığın yaxşılaşması səbəbindən üçüncü rübdə bərpa prosesinin ilkin əlamətlərini gördük”, - relizdə şirkətin rəhbəri Amin Nasserdən sitat gətirilib.

Səudiyyə Ərəbistanın dövlət neft-qaz şirkəti olan “Saudi Aramco”nun 2020-ci ilin ilk doqquz ayında orta gündəlik neft hasilatı 9,2 milyon barel olub.

Hesabat dövründə ümumilikdə karbohidrogen hasilatı gündəlik 12,4 milyon barel neft ekvivalenti olub.

“Report” 

03.11.2020 13:04

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18