Dövlət dəstəyi ilə ilk sığorta müqaviləsi imzalandı - BU FERMER TARİXƏ DÜŞDÜ
Noyabrın 3-də Azərbaycanın cəbhə bölgəsi olan Tərtər rayonunda Aqrar Sığorta Fondu və yerli fermer Habil İbrahimli arasında ilk aqrar sığorta müqaviləsi imzalanıb.
Marja xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir də keçirilib.
Ölkədə dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Tərtər rayonunun Bəyimsarov kəndində fermer Habil İbrahimli ilə imzalanıb. Həmin müqaviləyə əsasən fermerə məxsus 50 baş iribuynuzlu heyvan aktual risklərdən sığortalanıb. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəyəcək.
Xatırladaq ki, aqrar sığorta mexanizmi“Aqrar Sığorta haqqında” qanuna əsasən fəaliyyət göstərir. Kənd təsərrüfatı riskləri Azərbaycan Prezidenti İlham Əliyevin 809 saylı Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu tərəfindən sığortalanacaq. Bu mexanizm vasitəsilə kənd təsərrüfatı bitkiləri və məhsullarını, kənd təsərrüfatı heyvanlarını və aqrokultura məhsullarını - balıqları və balıq məhsullarını sığortalamaq mümkündür.
İlkin mərhələdə aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq), eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.
Aqrar sığorta çərçivəsində sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və hadisələrin tənzimlənməsini isə - “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) həyata keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























