Bank VTB (Azərbaycan) İT mütəxəssisi axtarır - VAKANSİYA
Bank VTB (Azərbaycan) ASC “İT infrastrukturunun idarə edilməsi üzrə şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edib.
Tələblər:
-ali texniki təhsil;
-profil üzrə ən azı 2 illik iş təcrübəsi;
-imtinaya davamlı şəbəkələrin, məlumatların ötürülməsinin şəbəkə protokollarının, statistik və dinamik marşrutizasiyanın, informasiya şəbəkəsinin quruluşunun əsas prinsiplərini bilmək;
-CACTI/IP Switch şəbəkələrin monitorinqi, klassik telefoniya (CUCM 9.0, UCCX 9.0, Nice Recording) sistemləri üzrə biliklər;
-Cisco (Cisco 29XXRouterləri, 44XX/Sviçləri 29XX,45XX/Cisco ASA 55XX, Palo Alto 3020) şəbəkə avadanlığında işləmək;
-CCNA/CCNPsertefikasiyası;
-Microsoft Windows Server, Active Directoryəməliyyat sistemləri üzrəbazabilikləri;
-regionlara ezamiyyət;
-azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);
-sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı.
Vəzifələri:
-proqram təminatının işi üçün zəruri olan işçi stansiyaların və əməliyyatların quraşdırılması, onların işlək vəziyyətdə saxlanılması;
-lokal şəbəkə və poçt server istifadəçilərinin qeydiyyatı, identifikator və şifrələrin təyin olunması;
-istifadəçilərə texniki və proqram dəstəyi, proqram təminatı ilə işə dair təlimatların tərtib olunması;
-şəbəkə resurslarına səlahiyyət hüquqlarının verilməsininvə onlardan istifadəyə nəzarətin təşkili;
-məlumatların vaxtlı-vaxtında surətlərinin çıxarılması, arxivləşdirilməsi və rezervləşdirilməsi;
-lokal hesablama şəbəkəsinin, serverlərin və işçi stansiyaların antivirus müdafiəsinin həyata keçirilməsi;
-şəbəkənin monitorinqi, şəbəkənin infrastrukturunun inkişafı üzrə təkliflərin hazırlanması.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
10 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
11 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
11 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb






















