Mərkəzi Bankda 25 il işləmiş şəxs sığorta şirkətinə sədr təyin edildi
Şirkətin İdarə Heyətinə yeni təyinatlar olubMahir Niftəliyev “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Marja şirkətə istinadən xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Sabir Quliyev əvvəlki vəzifəsinə - Direktorlar Şurasının sədrinin müşaviri vəzifəsinə geri qayıdıb.
Şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Mahir Niftəliyevin təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat göndərilib.
Mahir Niftəliyev 25 il Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib.
İdarə Heyətinin üzvü vəzifəsinə isə şirkətin Regional Satış Kanallarının İnkişafı və İdarə Edilməsi şöbəsinin müdiri Ramin İsmayılov təyin olunub.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















