“Bayrağımız Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”
“Bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda qürurla dalğalanır. Tezliklə Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlərlə xalqımızın nəyə qadir olduğunu göstərdi: “Xalqımız İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Bu yumruq düşmənə endirilən ağır zərbələrin göstəricisi idi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilməzdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı bəyanatla müharibəyə son qoyuldu. Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq. Mən məqama da toxunmaq istərdim. Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazım olacaq. Ermənistanda hazırda iqtidar müxalifətin deputatlarını həbs edir, küçələrdə ixtilaflar baş verir. Bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir ölkədə baş verir. Qərb ölkələri Ermənistanda baş verənlərə münasibət bildirmir. Prezidentin də dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar gərək güzgüdə özlərinə baxsınlar. Digər tərəfdən ermənilər bizim işğal altında olan kənd və rayonlarımızı talan edib, dağıdıblar. Biz əminik ki, Azərbaycan bütün dağılmış yerləri bərpa edəcəklər. Bilirik ki, müharibə başladığı dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa, da geri çəkilməyib, Qələbəni təmin edib”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
17 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
26 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib





.jpg)
.jpg)






.jpg)







