Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 milyon ton az olub.
Respublika üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.
Hesabat dövründə 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 milyon ton, yəni 8,5 faiz azdır. Neftin (kondensatla birlikdə) 22,6 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Cari ilin on ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 9,7 milyard kubmetri AÇG-dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub.
On ay ərzində xaricə qaz satışı 10,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Cari ilin 10 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 faiz çox, yəni 9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,8 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,6 milyard kubmetr qaz nəql edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr tarixinədək ümumilikdə 549,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 520,1 milyon ton xam neft, “Şahdəniz”dən isə 29,6 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 noyabr tarixinədək 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 174,7 milyard kubmetr, “Şahdəniz”dən isə 131,5 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 noyabr tarixinədək 87,6 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı 2020-ci ilin 10 ayında 4,8 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton az olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















