Yevlaxda şirkətdən 6 min manatlıq oğurluq edilib
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində noyabr ayında şirkətə məxsus təmir-tikinti alət və avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, noyabr ayının 18-də Yevlax RPŞ-yə “Kaskad Hidro” şirkətinə məxsus 6 000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Vüsal Nəsibov, Mingəçevir şəhər sakinləri Elşad Məmmədov və Vahid Hacıyev saxlanılıb.
Dindirilmə zamanı hər üç şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan əşyaların yeri müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























