Bank of Baku “Sünbül” ilə dəyişəcək
Bank sektorunda xidmət keyfiyyətinin təkmilləşdirilməsində icra etdiyi bir çox yenilikçi layihələri ilə xüsusi rol oynayan Bank of Baku, 3 illik inkişaf strategiyasının özülünü təşkil edən yeni bir layihənin icrasına start verib.
"Marja" xəbər verir ki, ilkin mərhələdə şərti olaraq “Change” adlandırılan bu layihəni “Sünbül” adı altında davam etdirməklə Bank of Baku “Bankçılıqda Yeni Dəyər Yaratmaq” niyyətindədir. “Sünbül” İnnovativ İnkişaf Proqramı çərçivəsində fəaliyyət istiqamətində təməlli dəyişikliklər edəcək Bank biznes strategiyasını da mövcud iqtisadi şəraitə uyğunlaşdırmağa başlayıb.
Belə ki, bazarda daha çox riteyl bank olaraq tanınan Bank of Baku universal bank olmaq istiqamətində ciddi addımlar atıb. Bu addımların əsas nəticəsi olaraq, Bank of Baku növbəti il ərzində korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ehtiyaclarına uyğun geniş çeşiddə xidmət və məhsullarını təqdim edəcək.
Artıq bir müddətdir ki, bu məqsədlə aparılan bazar araşdırmalarına uyğun olaraq, bank həm daxili proseslərində, həm də məhsul yaradılması strategiyasında önəmli yeniliklər tətbiq edib. Bu yeniliklərdən iş adamlarına özəl olaraq təqdim olunan yeni və patentləşdirilmiş İŞKART – biznes kart məhsulunu xususilə qeyd etmək lazımdır. Digər mühüm yeniliklər arasında Bankın korporativ müştərilərə çox yaxın zamanda təqdim edəcəyi özəl konsultant və təkmilləşdirilmiş internet bankinq xidmətini də göstərmək olar.
Korporativ bankçılığa keçidlə əlaqədar olaraq 2017-ci ildən etibarən, Bank of Baku fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bu da öz növbəsində, korporativ müştərilərə əməliyyatlarının 60%-dən çox hissəsini banka gəlmədən internet və mobil bankinq vasitəsilə həyata keçirmək imkanı yaradacaq.
“Sizə yaxın korporativ bankçılıq” şüarı ilə fəaliyyət dairəsini genişləndirən Bank of Baku korporativ müştərilərinə individual tariflərlə aşağıdakı xidmətləri təklif edir:
Hesab üzrə əməliyyatlar
-İri kreditlər
-Ekvayrinq və distant xidmətləri
-Bank və əmək haqqı kartları
-Əmanətlər
-Əməkdaşlar üçün xidmətlər
-Sənədli əməliyyatlar
Fəaliyyətindəki bu yeniliklə bağlı Bank xüsusi imic çarxı hazırlayaraq ictimaiyyətə təqdim edib. Çarxla bu linkdən tanış ola bilərsiniz.
Bank of Baku-nun korporativ müştərilərə təqdim etdiyi xidmət və məhsullar haqqında daha ətraflı məlumatla Bankın rəsmi internet ünvanında Korporativ Bankçılıq bölməsinə daxil olaraq və ya 145 Məlumat Mərkəzinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
14 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
26 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
33 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
42 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)







.jpg)










