Yanvar-noyabr ayları üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin on bir ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2120,57 mln. kVt·st, ixracı 89,14 mln. kVt·st, idxalı 10,6 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 59,3 mln. kVt·st, ixrac 45,56 mln. kVt·st azalıb, idxal isə 3,0 mln. kVt·st artıb.
Cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,7 mln.kVt·st azalaraq 23421,9 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 273,8 mln. kVt·st artaraq 22092,3 mln. kVt·st, SES-lərdə 470,8 mln. kVt·st azalaraq 1013,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 316,3 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 88,83 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 45,09 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20878,2 mln. kVt·ts (İES-lərdə 20036,5 mln. kVt·st, SES-lərdə 841,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397,0 mln. kVt·st (İES-lərdə 205,7 mln. kVt·st, SES-lərdə 152,0 mln. kVt·st, Günəş ES-də 39,4 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2077,5 mln. kVt·st, “Azərişıq” ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69,2 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 990,24 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254,76 mln. kVt·st, idxalı isə 125,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,8 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















