SABAH qrupları tələbələri Azercell-də təcrübə keçəcəklər
Azercell Telekom MMC Təhsil Nazirliyi SABAH qrupları tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı”nı elan edir.
Bu proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Qaydalara əsasən SABAH qruplarının son 2 kurs tələbələri 2017-ci ilin 8 may tarixinə qədər “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər.
Bunun üçün https://www.azercell.com/az/company/career/development_oportunities/intern_summer_2017/ linkinə daxil olmaq lazımdır.Nəzərinizə çatdıraq ki, yalniz @sabah.edu.az ünvanından gələn müraciətlərə baxılacaq.
Tələbələr iyulun 1-dən başlayacaq proqram çərçivəsində Azercell-də 2ay təcrübə keçmək şansı qazanacaqlar.
“Yay Tələbə TəcrübəProqramı”mərhələlərlə seçilən gənclərəAzercell-də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdəöyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanıyaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar,bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 16-i isə şirkətdə işlə təmin olunub.
Qeyd edək ki, ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalartəşkil olunub. Həmçinin İnsan Qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər.
SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
2 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
6 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)









