Gürcüstan Azərbaycandan endirimli tariflə qaz alacaq
Gürcüstan 200 mln. kubmetr endirimli tariflə sosial qaz alacaq.Gürcüstanın Baş naziri Giorgi Qaxaria SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasındakı mehriban qonşuluq münasibətləri və müxtəlif tərəfdaşlıq sahələri barədə müzakirə aparıblar.
Söhbət zamanı SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələrinə və gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.
Gürcüstanın Neft və Qaz Korporasiyasının SOCAR-la təbii qaz sahəsində uğurlu əməkdaşlığının olduğu, bunun da nəticəsinin ölkədəki sosial qazın qiymətinin optimallaşdırılmasına dair razılaşma olduğu qeyd edilib.
Qeyd olunub ki, xüsusilə Gürcüstan hökumətinin təlimatı ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Gürcüstanın Neft və Qaz Korporasiyası və SOCAR şirkəti arasında aparılan danışıqlar nəticəsində Gürcüstan 200 mln. kubmetr endirimli tariflə sosial qaz alacaq.
Məlumatda qeyd olunub ki, 2016-cı ildən bəri qüvvədə olan Sosial Qaz Təchizatı Müqaviləsindəki dəyişiklik, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava , Neft və Qaz Korporasiyasının baş direktoru Giorgi Baxtadze və SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən Baş nazir ilə bugünkü görüşdən sonra imzalanıb .
“Razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qaz qiymətinin sabitliyini daha uzun müddət qoruya biləcək. Şahdəniz qazının Avropa bazarına tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizinin dördüncü mərhələsi başa çatdıqdan sonra daha çox Azərbaycan qazının Gürcüstan ərazisindən keçəcək. Eyni zamanda, ölkə tələbatını ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətə ala biləcək”, - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















