AMEA Yüksək Texnologiyalar Parkı beynəlxalq şirkətlə əməkdaşlığa başlayır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər eksperimentlər həyata keçirilir. Müasir tələblərə cavab verən və ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş bu laboratoriyanın fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə mütəmadi olaraq işlər görülür.
Akademiyadan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “İntertek Azeri LTD” MMC arasında Texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirməyi nəzərdə tutan əməkdaşlığa dair müqavilə imzalanıb.
Dünya miqyasında sənaye üçün aparıcı keyfiyyət təminatçısı olan “İntertek” şirkəti 100-dən çox ölkədə 1000-dən çox laboratoriya və ofisdən, eləcə də 46.000-dən çox əməkdaşdan ibarət şəbəkəni əhatə edir. Şirkət innovativ və sifariş əsaslı zəmanət, test, yoxlama və sertifikatlaşdırma həlləri təqdim edir.
Şirkətin ölkəmizdəki nümayəndəliyi “İntertek Azeri LTD” MMC 1997-ci ildən laboratoriya, sertifikasiya və inspeksiya sahələri üzrə aparıcı müəssisələrdən biri olmaqla, neft, kimya, dağ mədən, su və qida, turizm, dəniz və hava nəqliyyatı və digər sahələr üzrə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib























