40 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcəklər - SİYAHI

2021-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri 805,5 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 40,9 milyon manat və ya 5,4 faiz çoxdur.
Marja-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahatda bildirilir ki, 2021-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 6,3 faiz təşkil edəcəkdir.
Respublikanın 40 rayon və şəhəri (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri və Abşeron, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları) ilə yanaşı Xızı və Qobustan rayonları da 2021-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcəklər.
2021-ci ildə dövlət büdcəsinin yerli xərcləri 859,6 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 44,8 milyon manat və ya 5,5 faiz çoxdur.
Yerli xərclərin 322,5 milyon manatı və ya 37,5 faizi təhsil xərclərinə (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 174,7 milyon manatı və ya 20,3 faizi ətraf mühitin mühafizəsi xərclərinə (abadlaşdırma xidmətləri haqqının ödənilməsi və təmir işləri ilə bağlı xərclər), 160,1 milyon manatı və ya 18,6 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 116,5 milyon manatı və ya 13,6 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 43,6 milyon manatı və ya 5,1 faizi nəqliyyat və rabitə xərclərinə, 13,1 milyon manatı və ya 1,5 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və 29,1 milyon manatı və ya 3,4 faizi digər xərclərə yönəldiləcəkdir. İqtisadi təsnifata uyğun olaraq 2021-ci il dövlət büdcəsinin yerli xərclərin tərkibində əməyin ödənişi xərcləri 38,2 faiz olmaqla 328,5 milyon manat, iş və xidmətlərin alınması xərcləri 34,4 faiz olmaqla 295,6 milyon manat, malların satınalınması ilə bağlı xərclər 13,7 faiz olmaqla 118,0 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 9,7 faiz olmaqla 82,9 milyon manat, subsidiyalar 3,7 faiz olmaqla 32,0 milyon manat və sosial ödənişlər xərcləri 0,3 faiz olmaqla 2,6 milyon manat təşkil edəcəkdir.
Növbəti ildə Gəncə, Lənkəran, Sumqayıt və Şirvan şəhərlərində yerləşən onkoloji xəstəxanalar həmin şəhərlərin yerli xərclərdən çıxarılaraq “Səhiyyə” bölməsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin büdcəsində proqnozlaşdırılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
26 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 29 d. əvvəl
- 41 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
