Pandemiya, müharibə və ödənişlərə baxmayaraq 2020-də proqnozdan artıq mənfəət qazandıq!
"Pandemiya, sonra vətənimizin sərhədlərinin bərpası üçün aparılan müharibə bizə yeni imkanlar və həllər tapmaq üçün müəyyən dolaşıqlar yaşatdı. Bütün ödənişlərə baxmayaraq, PAŞA Həyat şirkəti 2020-ci ildə planlaşdırılan gəlirdən artıq 2 milyon manat mənfəət qazandı".
Bunu Marja-ya müsahibəsində “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılov bildirib.
O, "Bütün rəqəmləri səsləndirmək bir az tezdir, lakin deyə bilərəm ki, təxminən 25 milyonluq mənfəətlə ötən ili başa vururuq. Bu rəqəm 2019-cu illə müqayisədə, demək olar ki, eynidir",- deyə əlavə edib.
Niyaz İsmayılov bir az Şirkətin 10 illik rəqəmlərindən də danışıb: "Şirkətimiz 24 Noyabr 2010-cu il tarixində 8 nəfərlik heyətlə fəaliyyətə başlayıb. İndi isə 250 nəfərə yaxın işçimiz var. Bundan savayı, fəxrlə qeyd etməliyəm ki, 7 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan PAŞA Həyat-ın indiki kapitalı 40 milyon manatdan çoxdur. Aktivlərimiz indi isə 400 milyona bərabərdir. Məncə, rəqəmlər uğurumuzu çox yaxşı izah edə bilir".
Şirkətin sədri əlavə edib ki, PAŞA Həyat həyat sığortası şirkəti olaraq ipoteka kreditləri üçün sığorta təminatları da verir. Bu təminat müharibə dövründə həlak olan və ya yaralananlara da şamil olunur:
"İpoteka krediti götürmüş və şəhid olmuş soydaşlarımızın ailələrinə ümumi məbləği 1,4 milyon manat təşkil edən vəsait ödənildi. Bu qəhrəmanların ipoteka kreditləri tərəfimizdən bütünlüklə bağlanıldı. Bundan savayı, əlavə rezervlər də yaratmışıq. Yaralıların əlillik dərəcəsi müəyyən olunduqdan sonra onlara aid öhdəliklərimizi də bu rezervlər hesabına bağlayacayıq.
Şirkət olaraq bu günə kimi zəfər naminə gördüyümüz işləri sadalamaq istərdim:
- Bərdədə və Ağdamda düşmən vəhşilikləri nəticəsində evlərindən didərgin düşən 100-dən çox ailəyə yardım olundu.
- Ümumilikdə şəhid ailələrinə 200 min manat ianə olundu.
- Qospitala və orduya dəfələrlə müxtəlif avadanlıqlarla dəstək olduq.
- Qazi ailələrinə televizorlar hədiyyə etdik.
- Əməkdaşlarımız tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna çoxsaylı ianələr olundu.
- Və hal-hazırda Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank üzərində iş gedir".
Həmçinin oxu
PAŞA Həyat-ın İdarə Heyəti sədrindən geniş müsahibəMüştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
-
16 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 43 d. əvvəl
- 49 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR










.jpg)







.jpg)



