“Azəripək” MMC-nin zərəri 4 dəfədən çox artıb
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəripək” MMC 2019-cu ili 262 min manat zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 4,2 dəfə çoxdur.
2019-cu ildə “Azəripək”in satış hesabına əsas əməliyyat gəlirləri 1 milyon 768 min manat (2018-ci ilə nisbətən 3,6 dəfə çox), satışının maya dəyəri 1 milyon 445 min manat (4,9 dəfə çox), sair əməliyyat gəlirləri 5 min manat (2018-ci ildə olmayıb), kommersiya xərcləri 6 min manat (15,55% çox), inzibati xərcləri 578 min manat (2,7 dəfə çox), sair əməliyyat xərcləri 6 min manat (86,25% və yaxud 7,3 dəfə az) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Azəripəy”in aktivləri 9 milyon 534 min manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,3% azalaraq 2 milyon 273 min manata düşüb, balans kapitalı isə 4,1 dəfə artaraq 7 milyon 262 min manata, o cümlədən nizamnamə kapitalı 4,2 dəfə artıraraq 7 milyon 587 min manata çatıb.
Xatırladaq ki, "Azəripək" 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex, qeyri-istehsal sahələrinə isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələri daxildir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















