Azərbaycanın Texnologiyalar Parkında meyvəqurutma avadanlıqları istehsal edilir
AMEA Yüksək Texnologiyalar Parkının inkubator rezidenti sahibkar Fəxrəddin Quluzadə tərəfindən bölgələrimizdə yetişdirilən meyvə və tərəvəzin qurutma üçün daha uyğun növlərinin müəyyən edilərək beynəlxalq bazar tələblərinə cavab verən məhsula çevrilməsi məqsədilə meyvəqurutma avadanlıqları istehsal edilir.
Parkdan MArja-ya verilən məlumata görə, bu avadanlıqlar xammal tutumundan asılı olaraq beş modeldə hazırlanır və isti hava dövriyyəsi yaratmaqla meyvələrin qurudulmasına imkan verir. Müasir elektronika vasitələrinin tətbiqi nəticəsində qurutma prosesinin istənilən mərhələsində məhsula nəzarət etmək və nümunələr götürmək mümkündür.
Qurutma avadanlığından istifadə etməklə yay mövsümündə bol və ucuz olan istənilən meyvə, tərəvəz, giləmeyvə və göyərtini qurudub daha uzun müddət saxlamaq və istehlak etmək mümkündür. Meyvənin çeşidindən və bioloji parametrlərindən asılı olaraq qurutma 5-30 saat arası davam edir.
İqtisadi baxımdan olduqca sərfəli olan, beynəlxalq standartlara və ekoloji təmiz məhsul tələblərinə cavab verən bu avadanlıqlara ölkəmizlə yanaşı, digər dövlətlərdə də tələbat yüksəkdir. Sifarişdən asılı olaraq 150 kq-dan 5 tona qədər tutuma malik qurutma sobası hazırlamaq mümkündür. Qeyd edilən sobalar xarici ölkələrdən alınmış analoji avadanlıqlardan iki dəfə ucuzdur və onlara 2 illik zəmanət verilir.
Son iki ildə Texnoparkın inkubator rezidenti tərəfindən istehsal edilmiş avadanlıqlar Zaqatala, Balakən, Qusar, Quba, Xaçmaz rayonlarında müvəffəqiyyətlə istismar edilməkdədir.
Hazırda bu avadanlıqlarda emal edilmiş alma, gavalı, xurma, üzüm, feyxoa, kivi, portağal, alça, albalı, pomidor, nar və s. meyvələrin quruları nəfis tərtibatda ticarət mərkəzlərində satışa çıxarılıb.
Qeyd edək ki, emal texnologiyasına riayət etməklə bu sobalarda tütün, çay, dəri və s. məhsulları da qurutmaq mümkündür.
Avadanlıqlar fərdi sahibkar Fəxrəddin Quluzadənin müəllif layihəsi olaraq Azərbaycan Respublikası Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestr şöbəsi tərəfindən 22 yanvar 2018-ci il tarixində qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























