2020-ci il üzrə ölkədə elektrik enerjisi ilə bağlı operativ göstəricilər açıqlanıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ildə respublika üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2389,3 mln. kVt·st, ixracı 157,56 mln. kVt·st, idxalı 10,7 mln. kVt·st olub.
2020-ci ilin yanvar-dekabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı 25811,2 mln. kVt·st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 24398,2 mln. kVt·st, SES-lərdə 1069,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 343,55 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2020-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23033,8 mln. kVt·ts (İES-lərdə 22142,5 mln. kVt·st, SES-lərdə 891,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 mln. kVt·st (İES-lərdə 230,8 mln. kVt·st, SES-lərdə 157,8 mln. kVt·st, Günəş ES-də 41,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2272,7 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 75,1 mln. kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 1147,8 mln. kVt·st, idxalı isə 136,3 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















